İşıqforun düyməsini basıb yumruqlayan piyadalar bunları bilirmi? – DİQQƏT - VİDEO

Müasir dövrdə hərəkət intensivliyini nəzərə alaraq piyadalar üçün svetaforlar əllə idarəolunan edilib. Yəni, piyada xüsusi düyməyə basmaqla yaşıl işığı yandırır və yolu keçir.
Son illərdə paytaxtın bir sıra küçə və prospektlərdə bu cür işıqforlar quraşdırılıb. Lakin piyadaların mövcud cihazlardan düzgün istifadə etməməsinin nəticəsində müəyyən problemlər yaranır. Belə ki, həmin svetaforlarlarda interval qoyulur. Yəni, bir piyada yolu keçdisə, növbəti şəxsin həmin düymədən dərhal istifadə etməsi üçün zaman lazımdır. Bu cür svetoforlarda qayda belədir ki, sizdən öncə kimsə istifadə edibsə siz düyməni basanda ən azı 45 saniyə gözləmək lazımdır. Bu müddət ərzində cihazı yumruqlamaq lazım deyil.
Lakin təəssüflər olsun ki, piyadalar bu cihazlardan düzgün istifadə etmir. Deyək ki, bir nəfər yolu keçir və 30 saniyə sonra ikinci adam düyməni basır. Svetoforlar intervalla tənzimləndiyi üçün həmin an yaşıl işıq yanmayacaq. Vətəndaşlar isə bəzən bunu svetaforlarların işləməməsi kimi dəyərləndirib düyməni döyəcləyir. Nəticədə isə cihazlar sıradan çıxır.
Avtosfer.az bildirir ki, bir çox dünya ölkələrində 5-7 nəfər olmadıqda həmin düymədən istifadə olunmasına icazə verilmir.
Yaxşı olardı ki, piyadalar yolu keçən zaman ətrafa baxsınlar və əgər digərləri varsa onları da gözləyib birlikdə yolu keçsinlər. Bu, həm hərəkət intensivliyinə maneə olmayacaq, həm də düzgün istifadə olacaq.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












