İsmayıllıda qazi İcra Hakimiyyətinin qarşısında özünü YANDIRDI

İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, bu gün saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.
Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev bu gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./unikal
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












