İtkin düşən metropoliten işçisi anasının məzarı yanında ölü halda tapıldı

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
Ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.
Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.
İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət “Metro” qəzetinin baş redaktoru olub.
Qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra isə “Bakı metropoliteni” rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.(report)
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












