Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı

Binəqədi Rayon Məhkəməsi xuliqanlıqda təqsirləndirilən 3 nəfərə hökm oxuyub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, onlar 2023-cü ildə baş vermiş iki ayrı xuliqanlıq hadisəsində iştirak ediblər.
İş materiallarına görə, hadisələrdən biri Binəqədi rayonu ərazisində yerləşən "Qartal” kafesində baş verib. Onlardan biri bir müddət əvvəl həmin kafedən uzaqlaşdırılmasını bəhanə edərək dostları ilə birlikdə ora gəlib. Daha sonra zərərçəkmiş şəxslə mübahisə yaranıb və dava düşüb.
İttihama əsasən, münaqişə zamanı taxta parçası, dəmir boru və bıçaqdan istifadə olunub. Zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, xəsarətlərin bir hissəsi sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Onlara aid edilən digər epizod isə həmin gün Abşeron rayonu ərazisində, Hökməli dairəsi yaxınlığında baş verib. İttihama görə, onlar "Toyota Prius” markalı avtomobili təqib edərək idarə etdikləri "Hyundai Elantra” markalı avtomobillə ona qəsdən çırpılıblar. Avtomobil dayandıqdan sonra nəqliyyat vasitəsinə təpik, dəmir boru, dəmir parçası və taxta ilə zərbələr endiriblər. Daha sonra avtomobili yenidən təqib edərək ikinci dəfə vurublar. Hadisə nəticəsində zərərçəkmişə məxsus avtomobilə 4 min 680 manat məbləğində maddi ziyan dəyib.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinə daha bir xuliqanlıq epizodu üzrə də ittiham verilib. İttihama əsasən, o, Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində və daha sonra "Davam” mağazasının qarşısında bir nəfərə qarşı zor tətbiq edib.
Lakin məhkəmə həmin epizod üzrə təqsirin sübuta yetirilmədiyi qənaətinə gəlib. Buna görə də həmin hissədə cinayət işinin icraatına xitam verilib.
Hökmlə təqsirləndirilən şəxslərdən biri 3 il, digəri 2 il 9 ay, üçüncüsü isə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə 2 il 1 ay həbs cəzası alan şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini ləğv edərək həbs qətimkan tədbiri ilə əvəz edib. O, hökm elan olunduqdan sonra məhkəmə zalında dərhal həbs olunub.
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO
Naxçıvanda selə düşən şəxs belə xilas edildi - VİDEO
Sel körpünü dağıtdı: Əsas yol bağlandı - VİDEO











