Keçmiş polis insident törətdi, həbs olundu

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Polis İdarəsində qəribə hadisə baş verib.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, əvvəllər polis nəfəri kimi çalışmış 1992-cü il təvəllüdlü Nurlan S. qardaşının işi ilə əlaqədar idarəyə gedərək insident törədib.
Belə ki, Nurlan qeydiyyatdan keçmədən inzibati binaya daxil olub. Bu zaman qapıda dayanan polis əməkdaşı onu saxlayıb və idarəyə daxil olan mülki şəxslərin mütləq qeydiyyatdan keçməli olduğunu bildirib.
Burada keçmiş polis əməkdaşı ilə idarə əməkdaşları arasında mübahisə yaranıb. Nurlan polis əməkdaşının ona müraciətinə etiraz edib. Mübahisə böyüdüyündən Nurlan barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
Saxlanılan şəxs protokolla birgə Naxçıvan şəhər Məhkəməsinə göndərilib və onun barəsində 7 sutkalıq həbs qərarı verilib.
Qeyd edək ki, həbs edilən şəxs polis sistemindən bir müddət əvvəl kənarlaşdırılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












