Keçmiş vəzifəli şəxs özünü pəncərədən atdı

Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun keçmiş növbə rəisi Viktor Smaqin Moskvada vəfat edib.
İlkin məlumata görə, o, ağır xəstəlik səbəbindən intihar edib.
75 yaşlı Viktor Smaqinin meyiti Xoroşevskoye şossesində yaşadığı mənzilin pəncərəsinin altından tapılıb. Onun evində müstəntiqlər Smaqinin qohumlarından bağışlanmasını xahiş etdiyi və qərarının səbəbinin səhhəti ilə bağlı olduğunu yazdığı intihar qeydi tapıblar.
“Bu gün yeni bir şişin olması təsdiqləndi, ona görə də ən azı daha dörd şişim var. Onları müalicə etmək mümkün deyil və buna gücüm çatmır. Getdiyim üçün üzr istəyirəm. Birlikdə keçirdiyiniz illər üçün çox sağ olun. Bu xoşbəxtlik idi. üzr istəyirəm!”, – o yazıb.
1986-cı ilin aprelində Smaqin Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda növbə rəisi vəzifəsini tutub. O, fəlakət baş verən gecə növbədə olmayıb, lakin partlayış və yanğından sonra qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak edib və xeyli miqdarda radiasiya qəbul edib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












