Kişi arvadı və uşaqlarının gözləri qarşısında öldürüldü - VİDEO

Adanada İbrahim Taşkıran (42 yaş) dəbilqəli şübhəlinin hücumu nəticəsində həyatını itirib.
Hadisə dünən gecə saatlarında baş verib. Səkidə həyat yoldaşı və uşaqlarının yanında telefonla danışan avtomobil alqı-satqısı ilə məşğul olan İbrahim Taşkırana iki nəfər motosikletlə yaxınlaşıb. Motosikletdən düşən maskalı şəxs əlindəki iki tapança ilə Taşkıranı güllə yağışına tutub. Çarəsiz halda olan Taşkıran qanlar içində yerə yıxılıb. Silahlı şəxs piyada ara küçələrə qaçıb gizlənərkən, digər şübhəli motosikletlə ərazidən qaçıb. Ətrafdakıların çağırdığı təcili yardımla xəstəxanaya çatdırılan İbrahim Taşkıranı xilas etmək mümkün olmayıb. Onun meyiti yarılma üçün morqa aparılıb.
Polis əməkdaşları şübhəlilərin tutulması üçün işə başlayıblar. Taşkıranın həyat yoldaşı və uşaqlarının da təşvişə düşdüyü hücum anı bir ticarət obyektinin təhlükəsizlik kamerasına əks olunub.
Digər tərəfdən, Taşkıranın bir müddət əvvəl həbsdən çıxdığı və sosial media hesabında tez-tez ağlasığmaz paylaşımlar etdiyi üzə çıxıb. Onun bəzi postlarında məhəllədəki silahlı hücumlarda həlak olan yaxınlarını qeyd etdiyi görülüb. Silahla fotolarını paylaşan Taşkıran “Artıq bu məhəllədə silahsız gəzmək istəyirəm, amma bu, heç də təhlükəsiz deyil. İctimai asayiş tamamilə pozulub. Hər kəsin belində 4 min 500 lirəlik silah var. Güllə isə pulsuzdur. Kimdən istəsən verər” deyə sosial mediadakı paylaşımında qeyd edib.
(oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












