Kran alovlanaraq yolun ortasına aşdı: Qonşu binalar boşaldıldı - VİDEO - FOTO

ABŞ-ın Nyu-York şəhərinin mərkəzi məşhur Manhetten küçəsində tikinti kranı alovlanıb.
Nəticədə kran aşıb və zərbədən yaxınlıqdakı şüşə göydələnə ziyan dəyib.
Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşıblar.
Videoda alovlanan texnikanın aşdığı və digər göydələnin divarına necə dəydiyi, daha sonra isə küçənin ortasına düşdüyü əks olunub.
Kranın aşdığı ərazidə olan insanlar qaçaraq canlarını qurtara biliblər. Səlahiyyətlilər ehtiyat tədbiri kimi yaxınlıqdakı binaların təxliyə olunduğunu bildiriblər. Yaxınlıqdakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğınsöndürənlər alovun qarşısını almağa çalışsalar da, buna güclə nail olublar.
Hələ yanğın və kranın aşması nəticəsində ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












