Kreditə telefon alıb nağd qiymətə satdılar: Bakıda ŞOK dələduzluq - FOTO

Vətəndaşlardan biri Avtosfer.az-a müraciət edərək başına gələn dələduzluq faktı barədə məlumat verib. Vətəndaş deyir ki, bir müddət əvvəl internet üzərindən mobil telefon alıb. "Telefon bağlı paketdə mənə evə çatdırıldı. Pulunu da gətirən şəxsə nağd olaraq ödədim. Bir müddət sonra "Soliton" mağazalar şəbəkəsindən mənə mesaj gəldi. Aydın oldu ki, mağazanın müraciəti əsasında mənim telefonum IMEI kodu bağlanıb. Məsələni araşdırmaq üçün mağazaya müraciət edəndə məlum oldu ki, telefonu aldığım şəxs cihazı "Soliton"dan kreditə götürüb və daha sonra mənə satıb. Kredit ödəmədiyi üçün də mağaza telefonun kodunu bağlatdırıb."
Vətəndaş deyir ki, polisə müraciət etsə də ərizəsi qəbul olunmayıb. "İndi telefonu aldığım adama zəng çatmır. Həm pulum gedib, həm də telefonu işlədə bilmirəm. Bu şəxs mənə də, mağazaya qarşı da dələduzluq edib. Əgər kreditə telefon alıbsa deməli onun bütün məlumatları mağazada var. Polis dələduzu aşkarlaya bilər."
Fərid
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












