Kriminal avtoritet Həsənov saxlanıldı

Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.
Hadisə Proezjaya küçəsində yerləşən “Xəzər” kafesinin yaxınlığında baş verib. Həmin şəxslə “Mercedes” markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.
“Onların avtomobilindən “Makarov” tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib”, - məlumatda vurğulanır
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.
Həsənov əvvəllər də quldurluq cinayətinə görə məhkum olunub. O, cəzasını çəkərkən kriminal avtoritet statusu alıb. Azadlığa çıxandan sonra tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.
Marsel Həsənovun çeçen “qanuni oğru” Əhməd Şalinski ilə əlaqəsinin olduğu iddia edilir. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












