Küləkli havada zibil qabları "hərəkət edir" – Yol bağlayır - FOTO

Bu gün paytaxtda küləkli hava şəraiti müşahidə edilir. Bəzi şəxslərin işinə məsuliyyətsiz yanaşması nəticəsində külək fəsadlara səbəb olur. Belə ki, məişət tullantıları üçün təkərli qablar qoyulduğu yerə möhkəmlənmədiyi üçün küləklin təsiri ilə hərəkət etməyə başlayır. Bu da piyadalar və nəqliyyat vasitələri üçün təhlükə mənbəyidir. Zibil qabları küləyin təsiri ilə piyadalara və avtomobillərə çırpılır. Bu zaman onlar həm piyadaların sağlamlığına ziyan vura, həm də avtomobillərin önünə anidən çıxıb, qəza vəziyyəti yarada bilər.
Avtosfer.az xəbər verir ki, analoji hal Şərifzadə küçəsində də qeydə alınıb.
Zibil qabları yerinə möhkəmlənmədiyi üçün hərəkət edərək avtomobil yoluna çıxıb. Sosial şəbəkələrdə yayılan fotoda aydın əks olunub ki, bir neçə qutu yolun hərəkət hissəsini tamamilə zəbt edib.
Təəssüf ki, belə halların dəfələrlə baş verdiyini müşahidə etsək də bu barədə ciddi tədbir görülmür. Görünür zibil qutuları “azadlığı”, işçilər isə məsuliyyətsizliyi sevir.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













