Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd uçulub - FOTO

Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd uçulub.
Son vaxtlar havaların qeyri-sabit keçməsi Kürün Neftçala rayonu ərazisindən keçən hissəsinə öz təsirini göstərib.
Belə ki, qısa müddətdə çayda suyun səviyyəsi 3 metrdən çox qalxdığından Kürün deltasında vurulan suaşıran bənd təzyiqə davam gətirməyərək uçulub.
Artıq suaşıran bəndin 70 metrdən çox hissəsi yuyulub.
Kür birbaşa dənizə axdığından çayda suyun səviyyəsi sürətlə azalmaqda davam edir. Dəniz suyunun yenidən Kür çayına qarışmaq təhlükəsi yaranıb. Elə yerli sakinləri də narahat edən bu məsələdir.
Qeyd edək ki, son iki-üç ildə Kürün səviyyəsi minimum həddən də aşağı olduğundan dəniz suyu çaya qarışırdı. İçməli su ilə yanaşı, əhali əkin sahələrini suvarmaqda çətinlik çəkirdi.
Çayın şoranlaşmasının qarşısını almaq məqsədi ilə Xəzər dənizi ilə Kür çayının birləşdiyi deltada uzunluğu 350 metr, eni isə 16 metr olan suaşıran bənd vuruldu. Bəndin tikintisi isə bu ilin yanvarında başa çatmışdı. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












