Lənkəranda doğuş zamanı ana və körpəsi öldü - FOTO

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.
Gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.
Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı doğuş zamanı ölüb. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















