Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO

Bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən silahlı atışıma ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Mardin şəhərində baş verən hadisə kamera tərəfindən qeydə alınıb.
Məlumata görə, Kızıltepe rayonunda mağaza sahibləri ilə hələlik məlum olmayan səbəblərdən şəxslər arasında əvvəlcə mübahisə, daha sonra əlbəyaxa dava düşüb. Bu əsnada mağazanın içindəki şəxslərdən biri üzərində gəzdirdiyi silahla dava etdiyi insanlara atəş açıb.
Ətrafdakı vətəndaşların çağırışı ilə insident yerinə polis və təcili tibbi yardım gəlib. Xəsarət alan 5 nəfərdən biri - 56 yaşlı Suud Çeçen ölüb, digər dörd nəfər isə xəstəxanaya aparılıb.
Polisin araşdırmasından sonra 14 şübhəli saxlanılıb. Şübhəlilərdən altısı həbs edilib, üçü məhkəmə nəzarəti altında, beşi isə prokurorluğa ifadə verdikdən sonra sərbəst buraxılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sözügedən atışmanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












