Marketdə ödəmə terminalından 4951 manat oğurlandı

Binə qəsəbəsində "Südçülük” sovxozunun ərazisində fəaliyyət göstərən "İrşad Market” adlı mağazada yerləşən ödəmə terminalından 4951 manat pul oğurlanıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs mağazanın qapısını sındıraraq içəri daxil olub. Daha sonra isə ödəmə terminalının qapı hissəsini sındırıb və oradakı pulları götürüb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra əməli törətməkdə şübhəli blinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovaun sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı təqsirləndirilən şəxs Nadir Osmanov (ad və soyad şərtidir) verilmiş ittiham üzrə özünü təqsirli bilib. O. qeyd edib ki, cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olub.
Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












