Bakıda marketlərə gözlənilməz hücumlarla bağlı MƏLUMAT

Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Avtosfer.az xəbər veirr ki, paytaxtın Sabunçu rayonu ərazisində yerləşən marketlərdən silsilə oğurluq hadisələri qeydə alınıb. Daxil olmuş məlumatlar əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı S.İbrahimzadə və 23 yaşlı X.Abbasov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların gecə saatlarında marketlərə daxil olaraq ümumilikdə 900 manat nağd pul və 4600 manat dəyərində tütün məmulatları oğurladıqları müəyyən edilib.
Binəqədi rayonunda da marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 26 yaşlı C.Cəlilzadə müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı










