Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanıldı - FOTO

Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Köçəkli kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən P.Abıyev saxlanılıb.
Ondan qanunsuz ovladığı çöl quşu və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri tədbirlər nəticəsində 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












