Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub - FOTO

Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatı məlum olub.
Mərhumun atası Cavad Rzayev “Report”un yerli bürosuna bildirib ki, qızı 20 ildən çoxdur narkotik istifadəçisidir.
Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir oğlu dünyaya gəlib.
C.Rzayev bildirib ki, nəvəsi 10 ildən çoxdur onların himayəsindədir. Mərhum anası ildə bir-iki dəfə uşağa baxmağa gəlirmiş:
“Qızım boşandıqdan sonra Bakıda bizə məlum olmayan bir oğlanla münasibət qurdu və narkotikdən daha çox istifadə etməyə başladı”.
Qeyd edək ki, S.Rzayeva bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə tanışı tərəfindən döyüldükdən sonra atası evinə gəlib və orada vəfat edib.
Xatırladaq ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Səbinə Cavad qızı Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












