Maşın yeniyetməni vurub kənara tulladı - Bu küçə azyaşlılar üçün təhlükəlidir - VİDEO

Yaşayış yerlərində, xüsusilə məktəb və bağça olan küçələrdə avtomobillər aşağı sürətlə hərəkəti təşkil olunub. Bu azyaşlıların təhlükəsizliyini təmin edir. Lakin paytaxtın bəzi yerlərində küçədə məktəb olmasına baxmayaraq avtomobillər yüksək sürətlə hərəkət edib, piyadaların həyatını təhlükəyə atır.
Avtosfer.az xəbər verir ki, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində də analoji hal hökm sürür.
Sakinlər iddia edir ki, küçədə iki məktəb olsa da, piyada keçidi təşkil olunmayıb. Həmçinin avtomobillər yüksək sürətlə hərəkət edib, piyadaların, xüsusilə azyaşlıların həyatı üçün təhlükə yaradır. Bu da ərazidə tez-tez piyadavurma hadisələrinin baş verməsinə səbəb olur.
Hətta fevralın 4-ü, küçədə yerləşən 213 saylı məktəbin yanında 17 yaşlı piyadanı avtomobil vurub. Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil yolu qaçaraq keçən azyaşlıya çırpılıb. Zərbənin təsirindən piyada metrlərlə kənara düşüb. Nəticədə yeniyetmə xəsarət alıb. Hadisəyə səbəb isə piyada keçidinin olmaması və avtomobilin yüksək sürətlə hərəkət etməsidir.
Ümid edirik ki, məsələ ilə bağlı yaxın zamanda müvafiq qurumlar tədbir görəcək. Piyadaların xüsusilə də azyaşlıların təhlükəsiz hərəkəti təmin olunar.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












