“Maşının içində ölümümü gözlədim” - Arvadını balta ilə öldürən kişi

Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib.
Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə keçirilən toy məclisində iştirak edib:
“Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim, bir anda əsəbiləşib mətbəxdə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi. Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra maşına əyləşərək təsadüfi istiqamətdə getdim. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni götürmələri üçün olduğum yeri söylədim”.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildirib. Övladları qeyd edib ki, anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.
Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, 5 nəticəsi var.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












