Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi

Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib. Avtosfer.az “Qanunla.az”a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə barəsində qərar qəbul edilib. Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə kikboksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli saxlanılıb. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli tutulublar. Əgər onların cinayət əməli sübuta yetirilərsə hər iki şəxsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












