Mərmərədə batan gəminin yeri müəyyənləşdi - FOTO

Türkiyədə Mərmərə dənizində batan gəminin yeri müəyyənləşib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, “Batuhan A” adlı yük gəmisinin sonar görüntüləri Dəniz Qüvvələri Komandanlığı və Sahil Mühafizə Komandanlığı tərəfindən paylaşılıb.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamada gəminin yerli saatla 06.30-da Karacabey rayonu sahillərində ağır hava və dəniz şəraiti səbəbindən batmağa başladığı bildirilib.
Açıqlamada bildirilib ki, hadisə yerinə TCSG-313 və TCSG 85 gəmiləri, TCSG-25 və KB-4502 qayıqları göndərilib.
Bundan başqa, Dəniz Qüvvələri Komandanlığına məxsus sonar cihazı olan TCG ÇUBUKLU gəminin dəqiq yerini müəyyən etmək üçün hadisə yerinə göndərilib. Hadisə yerinə Dəniz Qüvvələri Komandanlığından TCG AYVALIK və Sahil Mühafizə Komandanlığından TCSG GÜVEN gəmisi də sövq edilib.
Sonar skan zamanı “Batuhan A” yük gəmisinin dənizin 51 metr dərinliyində olan görüntüsü əldə olunub.
69 metr hündürlüyündə yük gəmisinin 6 nəfərlik heyəti üçün 275 nəfərlik axtarış-xilasetmə işləri davam edir.

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












