Məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

Rusiyanın paytaxtı Moskvada KIA şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti, koreyalı Sanq Qvon Conq qarət edilib.
Cinayətkar yanğın pilləkənləri ilə şirkətin mərkəzi ofisinə daxil olub.
Oğru “Light House” biznes mərkəzinə girərək birbaşa Cənubi Koreya şirkətinin Rusiya bölməsi rəhbərinin 9-cu mərtəbədəki ofisinə doğru gedib. O, yanğın pilləkənlərinin qapısını açıb və şirkət rəhbərinin şkafında əlinə keçən bütün pulları götürüb. Lakin tapdığı pullar elə də çox olmayıb - cəmi 500 dollar.
Qeyd edək ki, 52 yaşlı Sanq Qvon Conq KIA korporasiyasının vitse-prezidenti və Avropa qrupunun rəhbəridir. O, KIA şirkətinin Rusiya və MBD üzrə prezidenti vəzifəsinə təyin edilib və avtomobil brendinin regional baş qərargahının Moskva ofisində vəzifəsinə başlayıb. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












