Metroda ölən şəxs azərbaycanlı müğənninin atası imiş - FOTO

Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.
Sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə bu gün metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:
"Bir gün gələr, bir gün köçər bu dünyadan ... Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü ... Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 - 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi".
Xatırladaq ki, bu gün "Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Bakı Metropolitenindən bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib. (baku.vs)

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












