Məzuniyyətə gedən komandir cinayət törətdi

Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb.
İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğu müddətdə cinayət törədib. Baş leytenant Qımıl-Qışlaq kəndindəki evlərində olduğu vaxt əmisi L.Seyidməmmədovla dəfələrlə mübahisə edib. Mübahisələrin səbəbi isə əmisinin hərəkətləri olub. İttihamda qeyd olunur ki, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirib, evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşına və anasına qarşı kobud davranıb. Baş verənlərlə bağlı xəbərlər kənddə də yayıldığı üçün ailənin nüfuzuna xələl gətirib.
Onlar arasında sonuncu mübahisə də əmisi sərxoş vəziyyətdə olarkən baş verib. Həmin dava zamanı hisslərini cilovlaya bilməyən hərbçi əmisini öldürmək fikrini qətiləşdirərək onu bir neçə dəfə bıçaqlayıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində daha ağır cinayətin qarşısı alınıb. L.Seyidməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Komandir məhkəmədə özünü təqsirli bilib. O, əmisinin əməllərindən bezdiyi üçün ondan soyuduğunu, ailəsinə qarşı kobud davranışı, spirtli içkiyə aludəçilik və başqa vərdişlərinə görə onu vurduğunu deyib. Zərərçəkmiş əmi isə onu öldürmək istəyən qardaşı oğlundan şikayətçi olmayıb. O, hazırda Z.Seyidməmmədovla barışdığını deyərək hakimdən həbs edilməməsini xahiş edib.
Bakı Hərbi Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, şahid ifadələri ilə təsdiq edildiyini bəyan ediblər.
Hökmə əsasən, Z.Seyidməmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












