Mingəçevirdə evdən çürümüş meyit tapıldı

Mingəçevirdə mənzildən çürümüş insan meyiti aşkarlanıb.
Hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanındakı binada qeydə alınıb.
Çağırış əsasında ünvana baxış keçirən FHN-in xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar.
Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur.
Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuları bildirib ki, ondan 10 gündür xəbər almayıblar.
Blokdan pis qoxu gəldiyini hiss edən qonşular aidiyyatı orqanlara məlumat veriblər.
Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevirdə 60 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.
Oxu.az-ın məlumatına görə, Mingəçevir şəhər sakini, 1964 təvəllüdlü Zakir Zülfü oğlu Hacıyevin yaşadığı ünvanda meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri yoxdur, onun spirtli içki aludəçisi olduğu bildirilir. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












