Mingəçevirdə faciəli şəkildə həyatını itirən tanınmış şəxsin oğlu imiş - FOTO

Ötən gün Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vurub.
Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində "Dəli Kür" restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində baş verən hadisədə vəfat edən şəxs Qəbələ rayon Vəndam qəsəbə sakini Zaur Mahmudovdur.
Zaurun atası Musa Mahmudov isə rayonda, eləcə də ölkəmizdə tanınmış arıçılardan biridir. Bir neçə il əvvəl Musa Mahmudov Azərbaycanın ən yaşlı tələbəsi kimi mətbuatın diqqətində olmuşdu. O, yaşının ahıl çağında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Arıçılıq ixtisasına sənəd verərək qəbul olunmuş və Mərkəzi müvəffəqiyyətlə tamamlamışdı.
Qeyd edək ki, Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Zaur Mahmudov iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı














