Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırıldı - FOTO

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyə olunub.
Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












