
Moped alışdı, 7 nəfər öldü
Hadisə
29 İyun 2023 08:30
Oxunub 444

Kubanın paytaxtı Havananın mərkəzi hissəsində yaşayış binasında baş verən yanğında azı 7 nəfər həlak olub.
Bu barədə yerli “Cubadebate” xəbər portalı məlumat yayıb.
Ölənlər arasında iki azyaşlının olduğu bildirilir. Yanğın söndürülüb, polis hadisənin səbəblərini araşdırır.
İlkin məlumata görə, yanğın girişdə dayanmış elektrik mopedlərinin alışması nəticəsində baş verib. (lent.az)
ŞƏRH YAZ