Müğənni polisə ÇAĞIRILDI

Dünən müğənni Nigar Camalın adından istifadə edib, dələduzluq etmiş şəxs barədə məlumat vermişdik.
Eldar Məmmədov adlı şəxs ifaçının adından sosial şəbəkədə səhifə açaraq onu pərəstişkarları ilə görüşdürəcəyini vəd edib, pul yığıb. Məsələdən xəbərdar olan kimi müğənni paylaşım edərək, dələduzlara aldanmamağı tövsiyə edib.
Bu gün müğənni məsələ ilə bağlı polis idarəsinə çağırıldığını və baş verən hadisənin Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib.
“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm”, - Nigar bildirib. (Lent.az)

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












