Naxçıvanda vəzifəli şəxsin ölümünə səbəb olan kişiyə hökm oxundu

Naxçıvan Muxtar Respublikasında iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən 1981-ci il təvəllüdlü Yaməddin İsayevin cinayət işinə baxılıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 29-da Naxçıvan-Sədərək avtomobil yolunun Sədərək rayonunda baş verib.
Qıvraq qəsəbə sakini 1996-cı il təvəllüdlü Emin Rza oğlu Məmmədov və 1974-cü il təvəllüdlü Davud Yaqub oğlu Məmmədzadə qəza zamanı həyatlarını itiriblər.
Qəzada hamilə qadın Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xanım Müşfiq qızı Məmmədova və Şərur rayonunun Cəlilkənd kəndinin sakini, 1981-ci il təvəllüdlü Yaməddin Şəmsəddin oğlu İsayev xəsarət alıblar.
Qeyd edək ki, qəza zamanı ölən Emin Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışıb.
İstintaq araşdırması zamanı qəzanın baş verməsində Yaməddin İsayev təqsirli bilinib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












