Novxanıda gənc buna görə boğulub

Dünən Novxanıda batan 22 yaşlı gəncin meyiti bu gün səhər saatlarında tapılaraq ailəsinə təhvil verilib.
22 yaşlı Cəfərov Əkram Nahid oğlu 4 dostu ilə birgə Novxanı çimərliyində boğulma təhlükəsi yaşayıb.
Əkram Cəfərovun 3 dostu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq təcili tibbi yardıma təhvil verildiyi üçün sağ qalıb.
Hava qaraldığı üçün Əkramın axtarışları bu gün səhər saatlarında davam etdirilib. Mərhum nəşi batdığı yerdən uzaqda olmayan ərazidə tapılıb.
Əkram dünən günorta saat 15:00 radələrində dostları ilə dənizə istirahətə yollanıb. Bir qədər istirahət edəndən sonra kənardakı etirazlara məhəl qoymayaraq, hava qaralandan sonra suya giriblər. Faciə də bundan sonra baş verib.
Faktla bağlı araşdırma aparılır. (lent.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












