Ödəmə terminalı donur və pulunuz aparatda qalırsa nə etməli? - AÇIQLAMA - VİDEO

Bəzən vətəndaşlar ödəniş terminalı aparatında problemlə qarşılaşırlar. Bu problemlərdən biri də terminala məbləğ daxil olunduqdan sonra aparatın donmasıdır.
Avtosfer.az xəbər verir ki, analoji vəziyyətlə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Belə ki, vətəndaş “Milliön” terminalına ödəniş daxil etdikdən sonra aparat donub. Nəticədə daxil edilən məbləğ terminalda ilişib qalıb. Vətəndaş isə nə edəcəyi bilməyib, baş verənləri videoya çəkib.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “m10” marketinq meneceri Aygün İslamzadə bildirib ki, vətəndaşın qarşılaşdığı problemin səbəbi prosesin yarımçıq qalmasıdır: “Həmin şəxs əlavə məbləğ daxil etsəydi proses davam edəcəkdi. Sadəcə sırf bunu belə formatda təqdim etmək üçün belə edib. Bunu əminliklə deyirəm ki, orada proses yarımçıq qalıb. Çünki o, seçdiyi xidmət üçün minimum iki manat əlavə etməldir ki, proses davam etsin”.
Aygün İslamzadə qeyd edib ki, belə problemlər baş verə bilər: “Terminallar da texnikadır və texniki problem yaşana bilir. Hətta bankomatlarda da bəzən pul və ya kart qalır. İstənilən halda, ilk növbədə çap olunan çeklə zəng edib, qaynar xəttə məlumat vermək lazımdır. Məlumat verdikdən sonra çekin şəklini göndərsələr pul ya nağd şəkildə, ya da kart hesabına təqdim olunacaq. Çek olmasa belə, əgər müştərilər ekranın şəklini çəkib bizə müraciət eləsə məsələ araşdırılır və ona görə vətəndaşa cavab verilir. Problemin doğruluğunu sübut edikdə pulları qaytarılır. Əksər hallarda çek çap olunur”.
Qeyd edək ki, görüntülərdə terminalda minimal məbləğ 2 manat olduğu da əks olunub.
Məhəbbət Tərlanoğlu
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO
Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır - VİDEO
İşıqforu saymayan piyada sürücüləri çətin vəziyyətə qoydu - VİDEO
Bakıda kameranın altında avtomobillərdən oğurluq edənlər tutuldu - VİDEO










