Oğuzda 67 yaşlı qadını döyüb xəstəxanalıq etdilər

Oğuzda yaşlı qadına xəsarət yetirilib.
Hadisə rayonun Hallavar kəndində gecə saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs yaşlı qadına hücum edib.
Bizim.Media-nın məlumatına görə, 67 yaşlı Hallavar kənd sakini Fəridə Məmmədova ötən gecə Bakı şəhərindən evinə qayıdarkən həyətinə daxil olan zaman naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Naməlum şəxs qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə xəsarətlər yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yaşlı qadın hücuma məruz qalması faktı ilə bağlı ərazi polis orqanına müraciət edib. Fəridə Məmmədova üçün müvafiq ekspertiza təyin olunub.
Hazırda qadına hücum çəkən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir. Əlavə məlumat veriləcək.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












