Ölümə səbəb olan sürücü həbs edildi - 185 min manat təzminat istənilib

Pirallahı Rayon Məhkəməsində ötən ilin avqust ayında Pirallahı-Gürgən yolunda ağır qəza törətmiş 1998-ci il təvəllüdlü Şükür Fərziyevə hökm oxunub.
Məhkəmə Ş.Fərziyevi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.
Qeyd olunub ki, avqustun 16-da saat 22 radələrində Pirallahı rayonunun S.Vurğun küçəsində Ş.Fərziyevin idarə etdiyi “Kia” markalı avtomobil yolun əks hərəkət zolağına çıxıb.
Nəticədə avtomobil öz yolu ilə hərəkət edən 1967-ci il təvəllüdlü Əkbər Zeynalovun sürdüyü “Mercedes”ə çırpılıb. Ə.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə baş verən gün Ş.Fərziyevin spirtli içki qəbul etməsi məlum olsa da, ekspertiza zamanı onun qanında spirt aşkar edilməyib.
Məhkəmədə mərhum Ə.Zeynalovun ailəsi Şükürə ən ağır cəzanın verilməsini tələb edib. Onlar təqsirləndirilən şəxsə qarşı 15 120 manat maddi zərər, 50 000 manat mənəvi zərər, 2034-cü ilin fevral ayına kimi hər ay 1000 manat pul, qiymətləndiriciyə xidməthaqqı üçün ödənilmiş 200 manat və dövlət rüsumu üçün ödənilən 289 manatın (ümumilikdə 185 609 manat) tutulmasını da mülki iddiada irəli sürüblər.
Pirallahı Rayon Məhkəməsi Ş.Fərziyevi qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 2 il sürücülük hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib. Həmçinin təqsirləndirilən şəxsdən 16 609 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçıya ödənilməsinə qərar verilib.
(qafqazinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












