Ölümlə nəticələnən partlayışla bağlı "Azəriqaz" əməkdaşına hökm oxunub

Naxçıvanda metan qazının yer altından evə sızması nəticəsində baş verən partlayışda vətəndaşın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan MR Babək rayon Məhkəməsində hakim Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə iş üzrə təqsirləndirilən "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Samiq Quliyev barəsində qərar qəbul edilib. Qərara əsasən, Samiq Quliyev 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Rayonun Cəhri qəsəbəsində yerləşən Rakif Cəfərova məxsus fərdi yaşayış evinin arxa divarından 1 metr məsafədə uzunmüddətli korroziya səbəbindən deşilmiş yeraltı metal qaz borusundan sızan metan qazı evə sızıb. Səhər saatlarında alışdırıcı maddənin təsirindən partlayış baş verib. Hadisə nəticəsində Rakif Cəfərov və oğlu Ramin Cəfərov xəsarət alıb. Rakif Cəfərov müalicə üçün Bakıda xəstəxanaya yerləşdirilib və orada vəfat edib. Ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci ( Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












