On dörd ədəd corab oğurladı, məhkəmə cəzalandırdı

Nərimanov rayonu, Atatürk prospekti 27-də yerləşən "Bravo" marketdən oğurluq edən şəxs cəzalandırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs marketə daxil olaraq bir müddət gəzdikdən sonra geyim malları olan bölmədə məhsullara baxıb. Daha sonra orada adam olmadığını görüb, fürsətdən istinadən edərək 14 ədəd corab götürüb və gödəkcəsinin altına qoyaraq marketdən çıxıb. O, dəyəri 52 manat olan corabları ehtiyacı olduğu və pulu olmadığı üçün oğurladığını bildirib.
Məhkəmənin hökmü ilə təsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tətbiq edilib. Şəxs məhkəmə iclas zalından dərhal azad edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












