Özünü polis kimi təqdim edib 21 min almışdı - Azadlığa çıxdı

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Rəşad Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən R.Süleymanzadəyə 3 il müddətinə şərti cəza verilib. O, məhkəmə zalında həbsdən azad olunub.
İttihama görə, Rəşad Süleymanzadə zərərçəkmiş şəxslərə yalan vəd verərək ümumilikdə 21 min 500 manat pul ələ keçirib.
İş üzrə zərərçəkmişlərdən ən çox ziyan dəyən Fəxri Muradov olub. F.Muradov müəllimdir, uzun illərdir təhsil sahəsində çalışır. O, Cəlilabad rayonunda məktəb direktoru təyin olunmasına kömək etmək üçün təqsirləndirilən şəxsə 15 min manat verib.
Təqsirləndirilən növbəti zərərçəkmişdən isə qızını uşaq bağçasına tərbiyəçi dəzəlməsinə kömək edəcəyi adı ilə 4 min, sonuncudan isə qısa müddətdə qaytaracağını deyərək 2 min 500 manat alıb.
R.Süleymanzadə cinayət əməlində özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər hər biri onlara dəymiş ziyanın ödənildiyini, hazırda şikayət və tələblərinin olmadığını deyiblər. Hökm qəbul olunarkən sözügedən hallar nəzərə alınıb.
Qeyd edək ki, Rəşad Süleymanzadə bu ilin fevralında həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) ( 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. (Qafqazinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












