Paytaxtda özünü yol polisi kimi təqdim edən şəxs taksi sürücüsünü belə aldatdı

Paytaxtda özünü polis kimi təqdim edən şəxs taksi sürücüsünü aldadıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 17-də saat 16:00 radələrində qeydə alınıb. Belə ki, “Bolt” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərən Həsənov Səid iddia edir ki, Neptun marketdən Ekologiya postuna gedişli sifariş qəbul edib marketə yollanıb. O bildirib ki, ünvana çatdıqda müştəriyə zəng edib: “Müştəri mənə “Qardaş bağışla. Mənim “Bolt” şirkətindən başım çıxmır. Deyəsən sifarişi səhv vermişəm. Sənəd işləri çoxdu deyə buradan çıxa bilmirəm. Özüm Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyündə polis kapitanı işləyirəm”.
Sürücü qeyd edir ki, müştəri ondan bir neçə məhsulu marketdən almağı xahiş edib: “Marketdən tapşırılan məhsulları aldım. Özünü polis kapitanı kimi təqdim edən şəxs “WhatsApp”dan mənə zəng edərək bildirdi ki, “Burada internet zəifdi, deyəsən pul yükləmək yaddan çıxıb”. Bu barədə məndən internet üçün ödəniş etməyimi xahiş etdi. Ayrı-ayrı 37 və 20 manat (cəmi 57 manat) məbləğində ödəniş etdim”.
İddiaya görə, bundan sonra müştəri sürücünün nömrəsini bloklayıb və o, dərhal polisə şikayət edib.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, qeyd edilən məsələ ilə bağlı hazırda polis orqanında təhqiqat araşdırması aparılır.
“Araşdırmanın nəticəsində asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq halları diqqətdə saxlanılmaqla araşdırılır. Vətəndaşları, xüsusən də taksi xidməti ilə məşğul olan şəxsləri ayıq-sayıq olmağa çağırır, tanımadıqları şəxslərə etibar etməmələrini tövsiyə edirik”.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












