Paytaxtda ustanın səhvi avtomobili belə yandırdı - VİDEO

Paytaxtda ustanın səhvinə görə avtomobil yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, yolda avtomobildən yanıq iyi gəldiyini hiss edən sürücü dərhal yaxınlıqda olan ustaya müraciət edib. Maşına baxış keçirildikdə onun daxili kabellərində yanğın baş verdiyi məlum olub. Avtomobilin yanmasına səbəb isə daha əvvəl başqa ustanın səhlənkarlığıdır. Sözügedən usta elektrik sistemindəki qoruyuculardan birinin sıradan çıxdığı üçün sadə mis məftil ilə birləşdirib. Həmçinin digər kabellərin calağıda düzgün formada edilməyib. Nəticədə elektrik sistemindəki baş verən problem yanğına çevrilib. Xoşbəxtlikdən sürücü cəld hərəkət edib və avtomobil tam alışmadan ustaya çata bilib.
Ümid edirik ki, sürücülər bu görüntülərdən sonra etibarlı ustalara müraciət edər və bu kimi problemlərin qarşısını alar. Məsuliyyətsiz və səhlənkar ustalara görə sürücülər əziyyət çəkməz.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












