Piyada qayda pozub sürücüylə dalaşdı: “Səni içəri qoyduraram, tərbiyəsiz” - VİDEO

Yasamal rayonu Zahid Xəlilov küçəsində sürücüylə piyada arasında insident baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 18-də saat 21:06 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, yolayrıcına çatan sürücü öndə olan “Nissan Tida” markalı avtomobilin hərəkət etməsi üçün bir neçə dəfə siqnal verib. Avtomobil uzaqlaşdıqdan sonra isə işıqfora məhəl qoymadan yolu keçən piyada əl-qol hərəkətləriylə sürücüyə etirazını bildirib. Bu zaman yenidən sürücü siqnal verərək qayda pozan kişiyə xəbərdarlıq edib. Aqressiv piyada geri qayıdaraq sürücüylə mübahisə etməyə başlayıb. O, sürücüyə “Tərbiyən, qanacağın olsun. Qulağım batır niyə siqnal verirsən?” - deyə, bildirib. Sürücü isə “Qardaş, sənin tərbiyən var? Yolu keçməlisən? Niyə mərdimərazlıq edirsən?” - deyə, cavab verib. Bu zaman piyada daha da əsəbiləşərək “Dayanmışamda keçmirəm. Adamın “panyatka”sı olar. Səninlə yaxşı söhbət edərəm, sonra da qoyduraram içəri onda görərsən” deyərək sürücünü hədələyib.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












