Polis axtarışda olan şəxsi qarderobda yorğana bükülmüş halda tapdı - VİDEO

Uzun müddətdir müxtəlif cinayətlərdən axtarışda olan şəxs gizləndiyi evin qarderobundan tapılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Konya şəhərində baş verən hadisənin görüntüləri polis əməliyyatı zamanı qeydə alınıb. Belə ki, Konya Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin Axtarışda olan Şəxslər Bürosunun əməkdaşları 49 fərqli cinayətdən uzun müddətdir axtarışda olan Mehmet A.-nı tutmaq üçün əməliyyat keçiriblər. Araşdırmalar nəticəsində polis əməkdaşları şübhəlinin Şeyhali küçəsindəki bir evdə gizləndiyini müəyyən ediblər. Polislərin evdə apardıqları axtarış zamanı Mehmet A.-nı yataq otağındakı qarderobun üst hissəsində bükülərək yorğan arxasında gizləndiyini aşkar ediblər. Yaxalanan şübhəli polis nəzarətində bölməyə aparılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












