Özünü qüllədən atmaq istəyən şəxs xilas edildi - VİDEO - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edir.
Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.
***
Ağstafa sərxoş vəziyyətdə intihar etmək istəyən şəxsi polis xilas edib.
Ağstafa Rayon Polis Şöbəsinə rayon ərazisində bir nəfər şəxsin13 metr hündürlüyündə dəmir konstitusiyadan atmaq istəməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Vətəndaş təhlükəsiz şəkildə aşağı düşürülüb.
Ağır dərəcəli sərxoş olan şəxs hər hansı bur xəsarət almayıb.



Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












