Polisə atılan daş qadını öldürdü - Sabirabadda FİLM KİMİ HADİSƏ

Aprelin 26-da Sabirabad rayon Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğunndan verilən xəbərə görə, istintaqla Sabirabad rayon Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












