Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə hökm oxundu

"N" saylı hərbi hissənin sabiq komandiri (rəisi), polkovnik-leytenant Məmmədovun (şərti) 5 min manatını mənimsəyən taksi sürücüsünə məhkəmədə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü E.X. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək mühakimə olunub. Məlum olub ki, E.X. sabiq komandiri inandıraraq onu hərbi qulluqçuların mənzil təminatı siyahısında önə çəkdirəcəyinə dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə 5 min manatını ələ keçirib. Zərərçəkmişlə təqsirləndirilən şəxs Azərbaycan Ali Hərbi Məktəbinin eyni ilin məzunları olduğundan "AAHM2002 məzunları" adlı "WhatsApp" qrupunda tanış olublar.
E.X. hazırda taksi sürücüsü olsa da, sözügedən məktəbin məzunu olub. O, Məmmədovu inandırıb ki, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 7 saylı binada mənzil alaraq, onu da həmin binada öz qonşuluğunda yerləşən mənzillə təmin edəcək. Zərərçəkmiş internet vasitəsilə mənzil siyahısında 3365-ci sırada olduğunu öyrəndikdən sonra önə çəkilmədiyini görüb və təqsirləndirilən şəxsin etibarından sui-istifadə edərək aldadıldığını anlayıb, şikayət etmək qərarına gəlib. Məhkəmədə sabiq komandir Silahlı Qüvvələrinin 100 illiyi Yubiley medalı və "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edildiyini qeyd edərək, artıq E.X.-ə qarşı iddia və tələbinin olmadığını, istintaq dövründə onunla barışdığını bildirib. Məhkəmənin hökmü ilə E.X. 1 il 11 ay 14 gün müddətinə islah işləri cəzasına məhkum edilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












