Portuqaliyada könlünə nar şirəsi düşən azərbaycanlının başına iş gəldi - VİDEO

Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
“Qafqazinfo” Portuqaliyanın “Correio da Manha” qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.
Bildirilir ki, o, rus dilində olan “гранат” (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq çevirib. Həmyerlimiz daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək telefonunda portuqalca “Mən nar şirəsi istəyirəm” yazmağa çalışaraq ofisianta göstərib. Turist yazdığı cümləni restoran işçisinə göstərdikdə isə o bunu təhdid olaraq başa düşüb və müştərinin üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.
O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Adı açıqlanmayan azərbaycanlının hoteldəki otağında axtarış aparıldığı da bildirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












