Pulu qaytarmayıb intihar görüntüsü yaratdı - Bakıda inanılmaz fırıldaq

Dələduzluqda ittiham edilən iş adamı Cəfər Əliyevə hökm oxunub.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1974-cü il təvəllüdlü C.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, C.Əliyev Sadiq Yusifov adlı şəxsdən biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.
İttihama əsasən, o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb. Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib. Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib. Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini bildiriblər.
Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub. Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr tarixli hökmü ilə Cəfər Əliyevə 6 il həbs cəzası verilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












