Qadın sərxoş ərini benzin töküb yandırdı

Hadisə 9 Sentyabr 2023 21:40 Oxunub 1270
Qadın sərxoş ərini benzin töküb yandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Krasnoyarsk diyarında qadın əri ilə mübahisə etdikdən sonra onu yandırmağa cəhd edib.

Hadisə vilayətin Sosnovoborsk şəhərində baş verib. Evə sərxoş gələn kişi həyat yoldaşı ilə mübahisə edərək, yatıb. Qadın işsiz ərindən qurtulmaq qərarına gəlib. Bu məqsədlə onu benzin tökərək yandırıb.

Ərinin ağır yaralanacağından qorxaraq onu söndürməyə başlayıb, kişi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qadına qarşı cinayət işi açılıb. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh