Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında

Bakı Apellyasiya Məhkəməsində qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinir.
Qeyd olunub ki, o, sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. C.Quliyev həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərin birindən 6 800, digərindən 2 400 manat alıb.
Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.
Qeyd edək ki, C.Quliyev "Instagram" və "TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev" adlı şəxsi hesabla tanınıb.
O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO












