Qadınların arxasınca fit çalan şəxs həbs edildi

Samux rayonunda qadınların arxasınca fit çalan, onlara söz atan şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Samux rayonu İstixana qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, 12 nəfərdən çox qəsəbə sakini E.R.-nin etdiyi hərəkətlərlə bağlı polisə şikayət edid. Şikayətdə bildirilib ki, təqsirləndirilən şəxs ictimai yerdə mütəmadi olaraq çılpaq gəzir, nalayiq ifadələr işlədir və küçədən keçən qadınların arxasınca fit çalır. O, eyni zamanda İstixana qəsəbəsində yerləşən kafedə nalayiq ifadələr işlədərək, ictimai qaydaları pozur. Məhkəmənin hökmü ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 5 gün müddətində həbs edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












